Prokuror sığorta şirkətinin dələduzluqda təqsirləndirilən filial müdirinə cəza istəyib

Prokuror sığorta şirkətinin dələduzluqda təqsirləndirilən filial müdirinə cəza istəyib
# 18 aprel 2017 08:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, C. Əsgərovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 27-də davam etdiriləcək.

C. Əsgərov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt şəhərində yerləşən filialının müdiri vəzifəsində çalışıb. İttihama görə, o, vətəndaşlardan yığılmış icbari sığortadan 74 min manat məbləğində vəsaiti mənimsəyərək, şirkətə külli miqdarda ziyan vurub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR