Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir

Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir
# 05 avqust 2017 17:19 (UTC +04:00)

"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

APA-nın tühran bürosunun məlumatına görə, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.


Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR