Bərdə sakini ehtiyatsızlıqdan qardaşını avtomobillə vuraraq öldürüb

Bərdə sakini ehtiyatsızlıqdan qardaşını avtomobillə vuraraq öldürüb
# 01 may 2018 09:50 (UTC +04:00)

Bərdə sakini ehtiyatsızlıqdan qardaşını öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 29-da saat 22 radələrində Bərdə rayonunun Vəliuşağı kəndində yaşayan Pənah Ağayev evinin həyətində “VAZ-2106” markalı avtomobili geriyə hərəkət etdirərkən qardaşı Zabili vurub.

Nəticədə Zabil aprelin 30-da yaşadığı evdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR