Putin WADA-nın Rusiya ilə bağlı qərarını ədalətsiz adlandırıb

Putin WADA-nın Rusiya ilə bağlı qərarını ədalətsiz adlandırıb
# 19 dekabr 2019 14:35 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın beynəlxalq idman yarışlarından uzaqlaşdırılması ilə bağlı qərarını ədalətsiz adlandırıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün V. Putin illik mətbuat konfransında bildirib.

“WADA-nın qərarı ədalətsiz, məntiqsiz və qeyri-qanuni bir qərardır. Günahı olanları cəzalandırmaq normal və ədalətlidir. Ancaq idmançılarımızın əksəriyyəti təqsirsizdirsə, WADA başqalarının hərəkətlərinə görə onları necə cəzalandıra bilər?”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, WADA-nın məlum qərarı Olimpiya nizamnaməsinə də ziddir.

Xatırladaq ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR