"Azenco" Qırğızıstanda 23 mln. dollarlıq layihə həyata keçirir

"Azenco" Qırğızıstanda 23 mln. dollarlıq layihə həyata keçirir
# 06 aprel 2017 10:11 (UTC +04:00)

Qırğızıstanda 220 kVt gücə malik olan "Ala-Arça" yarımstansiyasının və 20 km uzunluğundakı elektrik enerjisi xətlərinin yenidən qurulması işləri başa çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Tazabek" agentliyi xəbər verir.

Bildirilir ki, yüksəkgərginlikli xətlər və yarımstansiya martın 31-dən etibarən fəaliyyətini bərpa edib.

Məlumata əsasən, layihənin ümumi dəyəri 4,747 mln. dollar təşkil edir.

Qeyd edək ki, yuxarıda qeyd edilən işlər "Bişkek və Oş şəhərlərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması" layihəsi çərçivəsində həyaya keçirilib. Ümumi dəyəri 23,08 mln. dollar olan və İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində keçirilən tenderin qalibi "Azenco" ASC (Azərbaycan) elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR