® Azər Türk Bankın ödəniş kartlarının sayı 50% artıb

<font color=red>® </font>  Azər Türk Bankın ödəniş kartlarının sayı 50% artıb
# 07 avqust 2017 08:35 (UTC +04:00)

Azər Türk Bankın ödəniş kartlarının sayı 50% artıb.

Azər Türk Bankın mətbuat xidmətindən verilən məlumata görə, cari ilin altı ayı ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 402 184 əməliyyat həyata keçiriblər. Kartla əməliyyatların dövriyyəsi 68,4 milyon manat olub. Bu göstəricilər, 2016-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36% və 24% çoxdur.

Bankın son aylarda həyata keçirdiyi, o cümlədən Azər Türk Bankın 22 illiyi münasibətilə həvəsləndirici güzəşt kampaniyaları bankın kart müştərilərinin sayının artmasına rəvac verib.

Hazırda dövriyyədə Banka məxsus 36 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin altı ayının nəticələrinə nisbətən 50% çoxdur.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR