Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri MSK-da olub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri MSK-da olub
# 28 mart 2018 10:55 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

APA-nın məlumatına görə, nazir qurumun veb-kameralara texniki nəzarət mərkəzi ilə tanış olaraq, yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bütün dairələri əhatə etməklə, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. O qeyd edib ki, artıq Azərbaycanda prezident seçkilərinin keçirilməsinə saylı günlər qalıb və bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir: “Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsi sahəsində problem olmasın. İstənilən şəxs veb-kameralarla bütün prosesləri dünyanın hər nöqtəsindən MSK-nın saytı vasitəsilə izləmək imkanı əldə edəcək. İnanıram ki, biz işimizi beynəlxalq standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR