Vəkil hakim Ənvər Seyidova etiraz edib

Vəkil hakim Ənvər Seyidova etiraz edib
# 10 mart 2017 11:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvanə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov hakimə etirazla bağlı vəsatət qaldırıb. Vəkil etirazı hakimin şahidlərə təzyiq göstərməsi ilə əsaslandırıb.

Müşavirəyə gedən hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmə prosesi martın 15-də davam etdiriləcək.

Qeyd edək ki, P. Hüseynova zərərçəkmiş Lalə İbrahimovanın 47 min manatlıq qızıl zinət əşyalarını alıb və qaytarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR