Əfqanıstan XİN başçısı: “İstanbul prosesi daha geniş əməkdaşlığa imkan yaradır”

Əfqanıstan XİN başçısı: “İstanbul prosesi daha geniş əməkdaşlığa imkan yaradır”
# 01 dekabr 2017 06:57 (UTC +04:00)

“Asiyanın Qəlbi” - İstanbul Prosesi"nin 7-ci nazirlər toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirik.

APA-nın məlumatına görə, bunu Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında deyib.

O, növbəti konfransın gələn il Türkiyədə keçiriləcəyini qeyd edib: "İstanbul prosesi 2011-ci ildən başlayıb. Bunun məqsədi Əfqanıstanda və Asiyada sülhü təşviq etmək üçün öhdəliyimizi müəyyənləşdirməkdir. Bu proses daha geniş regional əməkdaşlığa imkan yaradır. Proses Əfqanıstan və regionda terror və digər təhdidlərlə mübarizə aparmağa kömək edəcək. Biz regionun inkişafına yol açacaq dəmiryol layihələrinin salınması və ticarət əlaqələrinin artırılmasını alqışlayırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR