Azərbaycanda bəzi şəxslərə ev dustaqlığı qətimkan tədbiri tətbiq edilməyəcək

Azərbaycanda bəzi şəxslərə ev dustaqlığı qətimkan tədbiri tətbiq edilməyəcək
# 01 dekabr 2017 13:36 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət-Prosessual Məcəllənin 163-cü (Ev dustaqlığı) maddəsinə yeni bənd əlavə edilməsi müzakirə olunub.

APA-nın məlumatına görə, təklif olunan maddəyə əsasən, Azərbaycanda ev dustaqlığı qətimkan tədbiri bəzi şəxslərə heç bir halda tətbiq edilməyəcək.

Ev dustaqlığı qətimkan tədbiri seçilməyəcək şəxslər Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərdir. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR