Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub
# 16 avqust 2017 21:14 (UTC +04:00)

Lənkəranda avtomobil piyadanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Siyobili kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Nurxan Məmməd oğlu Haşımov kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Yaralı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR