SOCAR-ın satdığı xam neft avqustda kəskin bahalaşıb

SOCAR-ın satdığı xam neft avqustda kəskin bahalaşıb
# 05 sentyabr 2017 15:41 (UTC +04:00)

SOCAR avqust ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,64 dollara, Urals nefti 51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,05 dollara satılıb.

Qeyd edək ki, iyulda dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti 47,92 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,34 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 6,34%, Urals neftinin qiyməti 6,43%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 7,52% artıb.

Ötən ilin avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 45,77 dollara, Urals nefti 44,35 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 47,40 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neft 12,82%, Urals nefti qiyməti 14,99%, BTC FOB Ceyhan tipli xam neft isə 11,92% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR