Rusiya avqustda gündəlik neft hasilatını 344,9 min barel azaldıb

Rusiya avqustda gündəlik neft hasilatını 344,9 min barel azaldıb
# 04 sentyabr 2017 09:47 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Rusiya bu ilin avqust ayı ərzində gündəlik neft hasilatını 344,9 min barel azaldaraq 2016-cı ilin oktyabr səviyyəsinə çatdırıb.

APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“2017-ci ilin avqust ayının nəticələrinə görə, 2016-cı ilin oktyabr ayına nisbətdə gündəlik neft hasilatının azalması 344,9 min barel təşkil edib. Beləliklə, Rusiya üzərinə götürdüyü öhdəliyi tam olaraq tam yerinə yetirib”, deyə nazir bildirib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR