Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb

Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb
# 20 noyabr 2017 06:52 (UTC +04:00)

Tovuzda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyev Hüseyn Kəmaləddin oğlu bədənin çoxsaylı bıçaq xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, H. Quliyev 17 yaşlı həmkəndlisi tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR