Dərman vasitələrinin farmakonəzarəti təşkil ediləcək

Dərman vasitələrinin farmakonəzarəti təşkil ediləcək
# 10 may 2018 15:13 (UTC +04:00)

Dərman vasitələrinin farmakonəzarətinin təşkili dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları sırasına daxil edlir.

APA-nın məlumatına görə, bu, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Farmakonəzarət dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələri ilə əlaqəli digər problemlərin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində aparılan fəaliyyət və elmi tədqiqatlardır. Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi dərman vasitələrinin farmakonəzarət qaydalarını müəyyən və təsdiq edəcək, dərman vasitələrinin farmakonəzarətini həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR