Qazaxıstan Senatının üzvü: "Seçkilər tam şəffaf və azad şəraitdə keçib"

Qazaxıstan Senatının üzvü: "Seçkilər tam şəffaf və azad şəraitdə keçib"
# 12 aprel 2018 08:11 (UTC +04:00)

"Prezident seçkiləri tam şəffaf və azad şəraitdə keçib".

APA-nın xəbərinə görə, bunu Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib. Senat üzvü deyib ki, onlar bir neçə seçki məntəqəsində müşahidə aparıblar: "Həqiqətən böyük təşkilati iş aparılmışdı. Hər yerdə gözəl ab-hava var idi. Səsvermənin normal mühitdə keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdü".

O qeyd edib ki, səsvermə prosesini izlədikləri seçki məntəqələrində səsvermə qanuna uyğun keçirilib və qanun pozuntusu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR