Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 500 mln. dolları ötüb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 500 mln. dolları ötüb
# 19 iyul 2018 10:14 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 504 mln. 990,5 min dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.

Cari ilin ilk yarım ilində Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra 4-cü ən böyük ticarət tərəfdaşı olub. Azərbaycan qonşu ölkənin ixrac üzrə 2-ci, idxal üzrə isə 4-cü əsas tərəfdaşıdır.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 204 mln. 326.4 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 300 mln. 664,1 min dollar dəyərində məhsul ixrac olunub.

Yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 5 mlrd. 985,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 24,3% çoxdur.

Qonşu ölkənin ixracı 28,5% artaraq 1 mlrd. 593,6 mln. dollar, idxalı isə 22,9% artaraq 4 mlrd. 392,3 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR