Zaqatalada 29 yaşlı kişi evinin qarşısında güllələnib - YENİLƏNİB-VİDEO

Zaqatalada 29 yaşlı kişi evinin qarşısında güllələnib  - <span style="color: red;">YENİLƏNİB -<span style="color: red;">VİDEO
# 29 iyul 2015 08:03 (UTC +04:00)

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə Zaqatala sakin, 1986-cı il təvəllüdlü Ağakişi Əhməd oğlu Həzrəyev bədənin çanaq nahiyəsinin yan tərəflərinin və sağ baldırın ön divarının güllə yarası ilə xəstəxanaya daxil olub. Üzərində cərrahiyə əməliyyatı aparılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Ağakişi Həzrəyevin yaşadığı binanın qarşısında baş verib. Adı açıqlanmayan şəxs avtomat silahdan Ağakişi Həzrəyevə bir neçə dəfə atəş açaraq, hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Kərimov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR