"Azərbaycan İpoteka Fondu"nun 20 mln. manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

"Azərbaycan İpoteka Fondu"nun 20 mln. manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 09 mart 2017 06:46 (UTC +04:00)

Martın 10-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AİF-dən “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 1003.50 manat qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR