Maliyyə ödənişində yaranan çətinliklə bağlı tütün emalı şirkətinin tenderi ləğv edilib

Maliyyə ödənişində yaranan çətinliklə bağlı tütün emalı şirkətinin tenderi ləğv edilib
# 30 mart 2018 07:13 (UTC +04:00)

“İnter Tobacco” MMC-nin keçirdiyi tender ləğv edilib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, tenderin ləğvinə “İnter Tobacco” MMC-nin təşkilati-hüquqi formasının dəyişməsi, həmçinin maliyyə ödənişində yaranan texniki çətinlik səbəb olub.

Qeyd edək ki, “İnter Tobacco” Balakən rayonunda yeni tütün istehsalı və emalı məntəqəsinin tikilməsi, Qax və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan, tutumu 9 tonluq 60 ədəd tütün qurutma kameraları üçün bünövrə-platformalarının və talvarların tikinti işlərinin aparılmasının satınalınması məqsədilə tender elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR