FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak etməyə başlayıb

FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak etməyə başlayıb
# 24 sentyabr 2017 08:44 (UTC +04:00)

Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR