Bu ilin 10 ayı ərzində Azərbaycanda 437 nəfərdə İİV aşkarlanıb

Bu ilin 10 ayı ərzində Azərbaycanda 437 nəfərdə İİV aşkarlanıb
# 01 dekabr 2017 09:40 (UTC +04:00)

“Azərbaycanda İİV infeksiyası artıq ailələrə tərəf istiqamətlənib, cinsi yolla İİV-ə yoluxma ön plandadır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respubika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib. O bildirib ki, bahalı da olsa İİV infeksiyasına yoluxan xəstələrin hamısı müalicə olunur: “Elə xəstələr olur ki, onlar hansı yolla İİV-ə yoluxduqlarını bilmirlər. Bu ilin 10 ayı ərzində Azərbaycanda 437 nəfərdə İİV aşkarlanıb. Onlardan 431-i Azərbaycan vətəndaşı, 6 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i kişi, 156-sı qadındır”.

Şöbə müdiri qeyd edib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər qeydiyyatdadır: “Onlardan 71,4 faizi kişi, 28,6 faizi qadındır. QİÇS mərhələsinə keçən və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual əlaqə nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 1 nəfərdə donor qanının köçürülməsi nəticəsində baş verib”.

E. Muradovun sözlərinə görə, 2006-cı ildən antiretrovirus terapiyaya 4061 İİV-lə yaşayan insan cəlb olunub: “2015-ci ildən ölkədə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi çərçivəsində 117 142 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 103 nəfərdə infeksiyaya yoluxma faktı təsdiqlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR