Polşada bıçaqla silahlanmış şəxs ticarət mərkəzində insanlara hücum edib, ölən və yaralananlar var

Polşada bıçaqla silahlanmış şəxs ticarət mərkəzində insanlara hücum edib, ölən və yaralananlar var
# 21 oktyabr 2017 04:07 (UTC +04:00)

Polşada ticarət mərkəzində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

27 yaşlı kişi bıçaqla ticarət mərkəzində adamlara hücum edib. İnsident Polşanın cənub-şərqində baş verib.

Bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, ticarət mərkəzinin ziyarətçiləri və mühafizə xidməti onu dayandırmağa cəhd ediblər. Polis adının Konrad olduğu bildirilən şəxsi həbs edib. Hüquq-mühafizə orqanları qanlı hadisənin motivlərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR