Qanunsuz yolla mobil telefonların Azərbaycana gətirilməsinin qarşısı alınıb

Qanunsuz yolla mobil telefonların Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 22 noyabr 2017 09:23 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2 ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR