Azərbaycanın xarici qızıl hasilatçısı 2018-ci ildə istehsalı artıracaq

Azərbaycanın xarici qızıl hasilatçısı 2018-ci ildə istehsalı artıracaq
# 06 fevral 2018 11:10 (UTC +04:00)

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Azərbaycanda 2018-ci il üzrə hasilat proqnozunu açıqlayıb.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Məlumata görə, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan “Anglo Asian Mining” (AAM) şirkəti 78-84 min unsiya arasında qızıl hasil etməyi proqnozlaşdırır. Bu, 2017-ci ilin hasilat göstəricisindən orta hesabla 13% çoxdur.

“218-ci il bizim üçün çox məhsuldar il olacaq. Ötən ilə müqayisədə hasilatda 13% artım gözləyirik və bu artım tendensiyası növbəti illərdə də davam edəcək. Ötən il olduğu kimi 2018-ci ilin ikinci yarısının da mövsümi faktorlara əsasən daha yaxşı olacağını düşünürük. Şirkətin gələcək inkişafı üçün əsas hədəf imkanların genişləndirilməsidir ki, bu hədəflə biz Gədəbəydə əsaslı geoloji tədqiqat proqramına başlayacağıq,” – deyə

şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri bildirib.

Qeyd edək ki, "Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR