Lənkəranda yaşayış evlərini su basıb, sakinlər təxliyə edilib

Lənkəranda yaşayış evlərini su basıb, sakinlər təxliyə edilib
# 04 oktyabr 2017 20:03 (UTC +04:00)

Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR