İranda zəlzələ olub, 4 nəfər ölüb

İranda zəlzələ olub, 4 nəfər ölüb
# 06 yanvar 2017 09:41 (UTC +04:00)

İranın Fars vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Ölənlərin xarici vətəndaşlar olduğu deyilir. İlkin məlumata əsasən onlar yerli fermada işləyən Əfqanıstan vətəndaşlarıdır.

Zəlzələnin episentri Xonc şəhərin yaxınlığında yerləşən kəndlərdən birinə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR