ÜST: 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir

ÜST: 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir
# 19 dekabr 2019 11:42 (UTC +04:00)

''Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır''.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: ''Bu ölümlərin qarşısı alına bilər. Əsas olan bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümləri azalda bilərik".

O qeyd edib ki, problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəyi iş deyil: “Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün müxtəlif qurumlar bir araya gəlməlidir''.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR