Ukrayna Şərqi Avropa qaz sisteminə qoşulmaq niyyətindədir

Ukrayna Şərqi Avropa qaz sisteminə qoşulmaq niyyətindədir
# 09 sentyabr 2015 16:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ukrayna Polşa, Rumıniya, Macarıstan və Slovakiya tərəfindən yaradılan qaz nəqli ilə bağlı energetika sisteminə qoşulmaq istəyir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Polşada səfərdə olan Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib. “Bu, o deməkdir ki, bizim ölkələrimiz arasında qaz axını sərbəst olacaq və biz sərhədsiz ticarət əməliyyatları apara biləcəyik. Həmçinin Ukraynanın enerji təhlükəsizliyi istiqamətində addım atmış olacağıq”, - deyə o, qeyd edib. Hökumət başçısı əlavə edib ki, rəsmi Kiyev Varşava ilə interkonnektorun tikilməsi barədə memorandum imzalayıb: "10 milyard kubmetr qaz tutumu olacaq bu interkonnektorun layihələndirilməsi işi aparılır. Biz tərəfdən bu iş üçün 160 milyon dollar lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR