® Bank BTB “Ağaclara həyat verək” şüarı altında ağacəkmə aksiyası keçirilib

<font color=red>® </font> Bank BTB “Ağaclara həyat verək” şüarı altında  ağacəkmə aksiyası keçirilib
# 10 noyabr 2016 14:04 (UTC +04:00)

9 noyabr Azərbaycan Respublikasının Bayraq Günü münasibəti ilə Bank BTB ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Ağaclara həyat verək” şüarı altında ağacəkmə aksiyası keçirib. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-20-ci kilometrliyində yerləşən ərazidə 500 dən çox zeytun ağacları əkilib.

Bankdan bildirilib ki, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəsillərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bankın 200 nəfərə yaxın əməkdaşı aksiyada iştirak edib.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR