Rusiya MN: Hələbdə hazırlıqsız humanitar fasilədən terrorçular istifadə edir

Rusiya MN: Hələbdə hazırlıqsız humanitar fasilədən terrorçular istifadə edir
# 23 noyabr 2016 23:21 (UTC +04:00)

"Hələbdə tətbiq olunan humanitar fasilənin əsas məqsədi şərq rayonlarının bu vaxta kimi terroçular tərəfindən "canlı qalxan" kimi istifadə olunan sakinlərinə real yardım göstərməkdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Təəssüflər olsun ki, bunu humanitar dəhlizi minalayan terrorçular yaxşı başa düşür. Ona görə də, Hələbdə humanitar fasilənin bərpa olunmasının şərti yaxşı niyyət deyil, terrorçuların atəşi dayandırması, humanitar yardım karvanının buraxılışı, yaralı və xəstə dinc sakinlərin təxliyəsi ilə bağlı BMT nümayəndələri tərəfindən möhkəm zəmanət olmalıdır", - deyə Rusiya MN nümayəndəsi qeyd edib.

Konaşenkovun sözlərinə görə, bu günə qədər BMT nümayəndələrindən heç kəs bu zəmanətlə müraciət etməyib: "Terrorçular isə hər gün Hələbin yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Nəticədə onlarla insan, o cümlədən uşaqlar həlak olur. Belə olan halda, hazırlıqsız şəkildə tətbiq olunan humanitar fasilə terrorçular tərəfindən ehtiyatlarının bərpa olunması və kütləvi hücumların davam etdirilməsi üçün istifadə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR