Bank Of Baku

Gəncədə təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib - FOTO

Gəncədə təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib  - FOTO
# 15 avqust 2021 13:39 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Polis əməkdaşlarının ay ərzində apardıqları mütədami tədbirlər nəticəsində ümumilikdə 100-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR