Fransada soyuducu yük maşınında 26 miqrant aşkarlanıb

Fransada soyuducu yük maşınında 26 miqrant aşkarlanıb
# 30 iyul 2017 00:06 (UTC +04:00)

Fransanın şimalında xilasedici xidmətin əməkdaşları tərəfindən soyuducu yük maşınında 26 miqrant aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə “Europe 1” radiostansiyası xəbər verib.

Məlumata görə, miqrantlar arasında 2 yaşlı körpə olub. Onun anası ilə birgə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Miqrantlar La-Manş tuneli vasitəsi ilə Fransadan Böyük Britaniyaya keçməyə cəhd edərkən saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR