"Petkim" investisiya gəlirlərini açıqlayıb

"Petkim" investisiya gəlirlərini açıqlayıb
# 10 noyabr 2017 07:24 (UTC +04:00)

Bu ilin III rübündə “Petkim”in investisiya xərcləri məlum olub.

APA-Economics” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin oktyabrın 1-nə investisiya xərcləri 947,824 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

Bu il ərzində şirkətin investisiyalardan gəlirləri 37,625 mln. lirə təşkil edib ki, bu da 2016-cı ilin dekabrın 31-nə olan göstəricidən 68 dəfə çoxdur.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik ümumi 3,6 mln. tonluq istehsal gücünə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR