Füzulidə 120 hektar biçilmiş taxıl sahəsi yanıb

Füzulidə 120 hektar biçilmiş taxıl sahəsi yanıb
# 16 iyul 2015 20:21 (UTC +04:00)

Bakı-APA. Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Füzuli rayonu, İkinci Mahmudlu kəndində kənd əhalisinə məxsus ərazidə 120 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR