Azərbaycanın məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları arasında memorandum imzalanıb

Azərbaycanın məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları arasında memorandum imzalanıb
# 18 dekabr 2019 12:29 (UTC +04:00)

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi və Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

"APA-Economics"in məlumatına görə, imzalanma bu gün Bakıda keçirilən Azərbaycanın orqanik məhsul istehsalı və ixracı potensialı mövzusunda konfrans çərçivəsində baş tutub.

Tədbirdə ölkənin orqanik xəritəsinin hazırlanması, milli sortlarımızın beynəlxalq bazarlara tanıdılması, bölgələrdə ekoloji təmiz məhsul istehsal etmə potensialı olan fiziki və hüquqi şəxslərin maarifləndirilməsi, orqanik istehsal sahəsinin ixrac və investisiya təşviqi imkanları, beynəlxalq səviyyəli orqanik məhsul sərgilərində aktiv işyirak etməkdə dəstək verilməsi barədə müzakirələr aparılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, ixrac məhsullarının təmizliyinin orqanik olmasının sənədlə sübutunun olması ixrac həcminin artmasına da müsbət təsir edəcək.

Bu tədbirin önəmini qeyd edən Y. Abdullayev bildirib ki, ekoloji məhsul istehsalçıları üçün tədbirlər gələn il regionlarda da davamlı təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR