DİM sədri: "Ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir"

DİM sədri: "Ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir"
# 18 dekabr 2019 13:55 (UTC +04:00)

"Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir".

APA-nın məlumatına görə, bunu "Yeni İmtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 20 ildən çoxdur hər keçirilən imtahandan sonra geniş elmi-statistik təhlillər aparılır: "Bu təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlillərilə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir. Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da, bunu davam etdirmək lazımdır".

M.Abbaszadə qeyd edib ki, problemləri təkcə şagirdlərlə yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR