Xaçmazda ötən il 500 nəfəri it dişləyib

Xaçmazda ötən il 500 nəfəri it dişləyib
# 07 fevral 2018 12:03 (UTC +04:00)

Ötən il Xaçmaz rayonunda 500-ə yaxın adamı it dişləyib.

Bu barədə APA-nın yerli bürosuna Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının həkimi Zaur Əlibəyov məlumat verib. Onun sözlərinə görə, bu ilin yanvarında it dişləməsi xəsarəti ilə 30 nəfər xəstəxanaya müraciət edib.

“İtlərin hücumuna çox vaxt azyaşlılar məruz qalır. Heyvanların hücumuna məruz qalanların həkimə müraciət etməsi vacibdir”, - deyə o əlavə edib.

Xaçmaz rayon Baytarlıq İdarəsinin rəis əvəzi Ağabəy Məmmədov isə deyib ki, ev heyvanlarının peyvəndlənməsi üçün dövlət tərəfindən vaksinlər ayrılır. O bildirib ki, bu il Xaçmazda 8000 ev itinin peyvəndlənməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR