Azərbaycan XİN Hindistan və Pakistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır

Azərbaycan XİN Hindistan və Pakistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır
# 28 fevral 2019 10:39 (UTC +04:00)

“Azərbaycan Hindistan və Pakistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur”.

Bu sözləri XİN-in mətbuat katibi Leyla Abdullayeva ONA-ya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan, Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir: “Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bölgədə zorakılığa son qoyulması, eləcə də sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR