Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir
# 06 sentyabr 2017 08:35 (UTC +04:00)

Bakıda Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

APA-nın məlumatına görə, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR