Gəncədə qəza törədən sürücü hadisə yerindən qaçıb - FOTO

Gəncədə qəza törədən sürücü hadisə yerindən qaçıb - FOTO
# 23 fevral 2019 13:28 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın qərb birosunun xəbərinə görə, şəhər sakini Emin Həsənovun idarə etdiyi “VAZ-2106” avtomobil hələlik sürücüsü məlum olmayan “VAZ-2106” markalı avtomobillə toquşub. Nəticədə Emin Həsənov yüngül xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, digər avtomobilin sürücü işıqforun qırmızı işıqına məhəl qoymayıb və hadisə baş verib. Qəzadan sonra isə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Bölməsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR