Suriyada rusiyalı jurnalistlər yaralanıb

Suriyada rusiyalı jurnalistlər yaralanıb
# 06 noyabr 2017 22:01 (UTC +04:00)

Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və “Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.

Yaralılar “Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR