Bakıda axtarışda olan 11 nəfər saxlanılıb - RƏSMİ

Bakıda axtarışda olan 11 nəfər saxlanılıb - RƏSMİ
# 05 fevral 2020 08:58 (UTC +04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR