ABŞ dövlət katibinin köməkçisinin müavini: "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir"

ABŞ dövlət katibinin köməkçisinin müavini: "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir"
# 29 may 2018 09:02 (UTC +04:00)

"ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini, xanım Sandra Oudkirk bildirib.

S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR