Azərbaycan prezidenti Tailand kralının vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti Tailand kralının vəfatı ilə əlaqədar başsağlığı verib
# 14 oktyabr 2016 14:44 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, prezident Tailandın kralı Bhumibol Adulyadejin vəfatı xəbərinin onu olduqca kədərləndirdiyini qeyd edib.

"Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Tailand kralı B. Adulyadej 89 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR