Dmitri Medvedev Rusiyanın Ukraynanın ərazi bütövlüyünə dair mövqeyini açıqlayıb

Dmitri Medvedev Rusiyanın Ukraynanın ərazi bütövlüyünə dair mövqeyini açıqlayıb
# 27 iyul 2015 14:59 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya-Sloveniya danışıqlarının yekununa dair keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya - Sloveniya danışıqları zamanı toxunulan ən mürəkkəb və ağrılı məsələ Ukraynadakı münaqişə olub. Miro Tserar Avropa İttifaqının mövqeyini açıqladı. Biz də məsələnin hərbi yolla deyil, sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu münaqişə rəsmi hökumətlə cənub-şərqdəki hökumət arasında aparılacaq danışıqlar yolu ilə həll olunmalıdır”, - deyə D. Medvedev bildirib.


Rusiya baş nazirinin sözlərinə görə, danışıqlar zamanı həmçinin “İslam Dövləti” terror təşkilatı daxil olmaqla, radikal terror qruplaşmalarına qarşı mübarizə müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR