Rusiya XİN: İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür

Rusiya XİN: İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür
# 13 sentyabr 2017 04:47 (UTC +04:00)

Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

“Aydındır ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək”, - deyə Dmitri Feoktistov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR