Zaqatalada baş verən yol qəzasında yaralanan sürücü ölüb

Zaqatalada baş verən yol qəzasında yaralanan sürücü ölüb
# 22 fevral 2019 10:44 (UTC +04:00)

Zaqatalada ötən gün baş verən yol qəzasında yaralanan sürücü ölüb.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayonun Bəhmədli kənd sakini, 1990-cı il təvəllüdlü Elgün Nazim oğlu Qədimov aldığı ağır bədən xəsarətlərindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü, Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Bəxşiş Bayram oğlu Dadaşovun müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında Zaqatala-Göyəm avtomobil yolunda qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarətlər alıb.

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR