Gəncədə intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB

Gəncədə intihara cəhdin qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2018 06:01 (UTC +04:00)

Gəncədə intihara cəhdin qarşısı alınıb.

APA-nın qərb bürosunun xəbərinə görə, FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub.

Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub.

**** 08.17

Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir. APA-nın FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində bina №19-un damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR