® “Amrahbank”ın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirləri davam edir

<font color=red>® </font>  “Amrahbank”ın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirləri davam edir
# 05 aprel 2018 09:57 (UTC +04:00)

“Amrahbank”ın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirləri davam edir.

Korporativ Sosial Məsuliyyət tədbirlərinin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlı olan Amrahabnk, Xəzər Qağıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirlərini davam etdirir.

Növbəti dəfə katarakta xəstəliyindən əziyyət çəkən Sumqayıt şəhər sakini, 1945-ci il təvəllüdlü Yaqub Ağamaliyevin, Bakı şəhəri, Pirşağı qəsəbə sakini, 1941-ci il təvəllüdlü Ofeliya Hacıyevanın və yüksək dərəcəli miopiya xəstəliyindən əziyyət çəkən Balakən rayon sakini, 1962-ci il təvəllüdlü, Solmaz Qarayevanın gözlərində uğurlu cərrahiyyə əməliyyatları həyata keçirildi.

Amrahbank adından klinikanın bütün kollektivinə şərəfli işlərində uğurlar arzu edirik, klinikanın pasiyentlərinə isə şəfalar diləyirik.

Amrahbank: Sizə açıq və aydın bank

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR